"Azərbaycanın ən dövlətçi, ən ləyaqətli, ən vicdanlı adamlarından olan hüquq müdafiəçisi Sahib Məmmədovun səhhətində ciddi problemlər var. Hazırda xəstəxanadadır. Diaqnozu tam açıqlamaq istəmirəm, çünki inanıram ki, o, bu sınaqdan da uğurla çıxacaq".
"Sherg.az" xəbər verir ki, bu barədə jurnalist Taleh Şahsuvarlı məlumat verib. Jurnalist qeyd edib ki, S.Məmmədov Toğrulla danışıb:
Aldığım məlumata görə, səhhəti nəzarətdədir. Ancaq yenə də dövlətimizin Sahib Məmmədov kimi ləyaqətli adamlar üçün səhiyyə xidmətinə xüsusi göstəriş verməsini təmənna edirəm. Mənim Sahib müəllimə də, dövlətimə də güvənim var, amma səhiyyə xidmətinə əsla!
Öz adımdan deyirəm ki, maddi imkanlarım çox məhduddur, amma gərəkirsə, bir köhnə maşınım var, onu da Sahib müəllimin səhhətinə qovuşması üçün satmağa hazıram. Bu adam kişi adamdı".