Azərbaycanda növbəti yeraltı təkan 3 bal gücündə olub 

Bu gün Şamaxı rayonu ərazisində iki dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilk 3,3 bal gücündə zəlzələ yerli vaxtla saat 15:27-də Qobustan stansiyasından 22 kilometr qərbdə qeydə alınıb.

Növbəti yeraltı təkan isə 3 bal gücündə olub və yerli vaxtla saat 16:40-da Qobustan stansiyasından 27 kilometr qərbdə baş verib. Zəlzələ hiss olunmayıb.