Dəniz mənzərəsini izləmək faciə ilə bitdi

Türkiyənin Zolquldağ vilayətində faciəvi hadisə yaşanıb. Bu barədə “Sherg.az” “Posta”ya istinadən xəbər verir. Bildirilir ki, sürücü Harun Gökdağ dəniz mənzərəsini seyr etdiyi müddətdə avtomobil uçurumdan aşağı yuvarlanıb. İddialara görə o, maşını əyləcləməyi unudub. Polis və xilasedicilər hadisə yerinə gəliblər. Xoşbəxtlikdən xəsarət alan olmayıb.