Kürdəmirdə kütləvi dava olub, xəsarət alan var


Kürdəmir rayonunda kütləvi dava olub.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xəlsə kəndi ərazisində qeydə alınıb.

Belə ki, bir neçə rayon sakini aralarında mübahisə edib. Bu zaman Beyi kənd sakini, 1989-cu il təvəllüdlü Alcanov Nəzər Yavər oğlu qonşu kənd sakinləri ilə dava edib. Nəticədə N.Alcanov müxtəlif növ bədən xəsarəti alıb. Daha sonra o, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.