Qısqanc qadından ağlagəlməz addım: əri yatanda...

May ayının əvvəlində Vyetnamda baş verən bir hadisə hər kəsi dəhşətə gətirib. 
"Sherg.az" "Haberler.com"a istinadən xəbər verir ki, ərinin başqa qadınla münasibət qurduğunu öyrənən qadın ərinin yuxuya getməsini gözlədikdən sonra 40 yaşlı kişinin cinsiyyət orqanını qayçı ilə kəsib.
VN Express qəzetinin xəbərinə görə, cinsiyyət orqanını kəsdikdən sonra ərinin qanına dözməyən qadın təcili yardım çağıraraq onu xəstəxanaya aparıb. Qan içində olan kişi saatlar keçdikdən sonra özünə gəlməyə başladığında baş verənlərə təəccübləndiyini və arvadının niyə belə bir şey etdiyini anlamadığını söyləyib.
Təxminən 7 saat davam edən əməliyyatdan sonra açıqlama verən həkimlər cinsiyyət orqanlarının yenidən bağlanması üçün çox səy göstərildiyini bildiriblər. Hadisə polis tərəfindən araşdırılır.