1993 -cü ildə cəmi 13 yaşında olan Erik Smitin hərəkətləri dünya gündəminə bomba kimi düşmüşdü.
“Hürriyyət” xəbər verir ki, Nyu -York əyalətində məktəbdən dönərkən velosipedlə tək gəzən 4 yaşlı Derrik Robieyi meşəyə aparıb və kiçik uşağın başına daşla vuraraq öldürən Smit günahını etiraf etdikdən sonra həbs edilib.
Məhkəmə vəkilinin Smitin ruhi xəstə olduğunu iddia etməsinə baxmayaraq, 13 yaşlı uşağı ikinci dərəcəli cinayətdə günahkar hesab edərək 9 il həbs cəzasına məhkum edilib.
İllərdir, həbsdə olan və hazırda 41 yaşında olan Smit oktyabrın 5 -də 11-ci dəfə Şərti Cəza Heyətinə gəlib və şərti olaraq azad olunub.
2014 -cü ildə şərti cəza heyətində danışan Smit illərlə davam edən ailə istismarı və zorakılıqdan sonra qəzəbini layiq olmayan bir gənc oğlandan çıxardığını söyləyərək cinayətin səbəbini izah edib.
4 yaşında öldürülən Derrikin valideynləri əvvəllər Smitin hər fürsətdə sərbəst buraxılmasına qarşı çıxmış və şiddətli cinayətkarların mühakimələri arasındakı cari iki ildən beş ilə qədər şərti azadlıqdan məhrum etmə islahatlarını irəli sürmüşdülər. Ancaq son qərardan sonra ailə qərara münasibət bildirmək istəmədiklərini açıqlayıb.
Smit uzun illər "Catskills"dəki orta təhlükəsizlik "Woodbourne" İslah Müəssisəsində saxlanılıb. İşlətdiyi cinayət onu qatillərdən birinə çevirib.