Hindistanda heyvan hücumlarından ölən insanların xəbərləri yayılmağa davam edir.
“Hürriyət”in məlumatına görə, ölkənin paytaxtı Yeni Dehlidə baş verən hadisə insanları heyrətləndirib. Bölgədəki insanlara hücum edən meymunlardan biri Məhəmməd Kurbaan adlı 30 yaşlı vətəndaşın başına kərpic atıb.
Zərbə nəticəsində M.Kurbaan ağır xəsarət alıb və o, xəstəxanaya çatdırılıb. Çoxlu qan itirən adam bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Uğursuz hadisənin təfərrüatları tezliklə ortaya çıxıb.
Vəhşi meymunlar bölgədəki evləri təqib etdikdən sonra vətəndaşlar öz tədbirlərini görməyə başlayıblar. Qatil meymunun adamı öldürdüyü kərpici isə meymunların keçməsinə maneə törətmək üçün qoyulan kərpic yığınından götürdüyü bildirilib. Polis hadisə ilə əlaqədar istintaqı davam etdirir.