Belarusun paytaxtı Minskdə polis lüks avtomobili ilə magistral yolda həddindən artıq sürətlə hərəkət edən sürücünü təqib edib. "Haberler" xəbər verir ki, qovlama başlayandan sonra sürücü avtomobilini magistral yolun kənarında saxlayaraq yolun ortasına keçib.Sürətlə irəliləyən avtomobillərin qarşısına atlayan şəxs, sürücülərin manevrləri ilə boşluğa atlayıb. Avtomobillərin qarşısına tullanan insan yol kənarına yıxılaraq xəsarət alıb.
İntihar etmək istəyərkən sürücünün diqqəti sayəsində sağ qalıb və xəstəxanaya yerləşdirilib. Belarus Daxili İşlər Nazirliyi bildirib ki, sürücü narkotikdən istifadə etdiyi üçün polisdən qaçıb, avtomobillərin qarşısına tullanaraq intihara cəhd edib. Xəstəxanaya yerləşdirilən şəxsin müalicəsinin davam etdiyi, həyati təhlükəsinin olmadığı deyilib. Onun müalicəsi başa çatdıqdan sonra ifadəsinin alınacağı, ardınca narkotikdən qurtulması üçün müalicə olunacağı açıqlanıb.