Türkiyədə Kocaelinin Gölcük rayonunun Saraylı kəndi ərazisində ölüm hadisəsi baş verib.
“Sherg.az” “Hüriyyət”ə istinadən xəbər verir ki, 50 yaşlı Əli Akbaba adlı şəxs qadın dostu 44 yaşlı Seyhan Gözerə onu işə taksi ilə aparacağını deyib. Sonra Seyhan Gözer taksiyə minib. Yol zamanı Seyhan Gözer Əli Akbabaya getmək istədiyini deyəndə mübahisə düşüb. Onlar iş yerinin qarşısına gələndə Əli Akbaba taksi sürücüsündən davam etməsini söyləyib.Taksi Saraylı məhəlləsinə qayıdanda Əli Akbaba silahını çıxararaq Seyhan Gözeri başından vurub.
Taksi sürücüsü Seyhan Gözeri xəstəxanaya aparmağa cəhd etsə də, Əli Əkbaba tapançanı sürücünün başına dayayıb və "Ölsün, ölsün, siz bizi polis idarəsinə aparın" deyib. Taksi ilə Gölcük Rayon Polis Şöbəsinə gedən Ali Akbaba polisə vəziyyəti izah edib və təslim olub. Gözerin cansız bədəni müayinədən sonra morqa aparılıb. Nəzarətə alınan Əli Akbaba və taksi sürücüsünün ifadələri alınıb. İstintaq davam edir.