Naftalanda ailə dəm qazından zəhərləndi


Naftalanda ər və arvad dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə hadisə Qaşaltı kəndində baş verib.

1984-cü il təvəllüdlü Mustafayev Xəyyam Yunis oğlu və həyat yoldaşı 1989-cu il təvəllüdlü Heydərova Sevil İman qızı yaşadığı evdə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.