Abşeronda yeniyetmə qız özünü binadan ataraq intihar edib - YENİLƏNİB

Abşeron rayonunda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Nəsirova Qumru Ramiz qızı yaşadığı binadan özünü atıb.
Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırma aparılır.

01:17

Abşeron rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Nəsirova Qumru Ramiz qızı yaşadığı binadan özünü atıb.

Yaralı əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona qabırğalararası və ətrafların çoxsaylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.