Mobil telefon ustanın əlində partladı – VİDEO

Türkiyənin Qaziantep şəhərində mobil telefon onu təmir edən ustanın əlində partlayıb.
Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumata əsasən, partlayış ustanın mobil telefonun şişən batareyasını çıxartmaq istəyərkən baş verib.
İnsident nəticəsində ustanın əlindən kiçik xəsarət aldığı bildirilib.
Mənbə: TRT Haber