Dünyanın ən tənha insanı  - "DƏLİK ADAM" vəfat etdi + FOTOLAR

Dünyanın ən yalnız insanı bu gün vəfat edib.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, Amazon əsilli şəxs öz qəbiləsinin sonuncu üzvü və Rondoniya əyalətindəki Tanaru bölgəsinin yeganə sakini idi. Bu səbəbdən o, ən tənha insan olaraq tanınırdı.

Məlumat üçün bildirək ki, Tanaru xalqının əhalisi 1970-ci illərdə müxtəlif hücumlarla məhv edilib. Bölgədə həyatda qalan yeganə sakini həm də “dəlik adam” adlanırırdılar. Bunu onun öz ərazisi ətrafında dərin çuxurlar qazması ilə əlaqələndirirlər. “Dəlik adam” insanlarla ünsiyyətdən qaçdığı üçün onun haqqında çox az şey məlumdur. Əsl adı bilinməyən Amazon sakini haqqında 2018-ci ildə sənədli film də çəkilib. 50 yaşı olduğu təxmin edilən tənha sakin bu gün gözlərini əbədi olaraq yumub. 
“Survival” adlı dərnəyin araşdırma və təbliğat direktoru Fiona Uatson açıqlamasında qeyd edib ki, onun ölümü ilə xalqının soyqırımı tamamlandı:

“Çünki bu, doğrudan da soyqırım idi. Torpağa və sərvətə ac olanlar tərəfindən bütün əhali qəsdən məhv edildi. Onun həyatında hansı dəhşətlərin şahidi olduğunu və qəbiləsinin qalan hissəsini öldürdükdən sonra yaşadığı tənhalığını yalnız təsəvvür edə bilərik. O, bütün təmas cəhdlərinə qətiyyətlə müqavimət göstərdi və sadəcə tək qalmaq istədiyini açıqladı”.
Amazon hindularına kömək etmək üçün yaradılmış İnsan Haqları üzrə Xalq Müşahidə Qrupu (OPI) yerli xalqların soyqırımının xatirəsi kimi Tanaru qoruğunun daimi olaraq qorunub saxlanması üçün beynəlxaq qurumlara müraciət edib.