Dünyanın ən dəyərli əsərlərindən biri olan Atillanın 1500 illik qızıl tacı, Ukraynadakı muzeyləri yağmalayan rus əsgərləri tərəfindən oğurlanıb. Tacın harda və kimdə olduğu bilinmir.
“Sherg.az” xəbər verir ki, ekspertlər rus əsgərlərinin yağmaladığı Melitopoldakı bir muzeydən oğurlanan Atillanın tacı ilə bərabər, İskit tayfalarının dövründən qalan qızıl sikkələrin də yerinin naməlum olduğunu bildiriblər.
Paytaxt Kiyevdəki Beynəlxalq Arxeologiya institutunun nümayəndəsi Serhii Telizenko işğaldan sonra bu qədər böyük çapda itki ilə qarşılaşacaqlarını xəyal etmədiyini ifadə edib.
Telizenkonun sözlərinə görə Donetskdəki yerli və Luqanskdakı Rubizen muzeyinin koleksiyalarının da aqibəti barəsində heç bir məlumat yoxdur. Rusiya mediasından əldə edilən məlumata görə bir çox muzeyə aid eksponatlar Krıma, oradan da Rusiya şəhərlərinə daşınıb.
Mənbə: Hürriyyət qazeti