Ukraynadan keçən Rusiya təbii qaz xəttində PARTLAYIŞ

Ukraynadan keçən Rusiya təbii qaz xəttində partlayış olub.
"Sherg.az" "RBC" yə istinadən bildirir ki, partlayış "Urengoy-Pomari-Ujgorod" boru xəttində baş verib.
 Çuvaşistan Fövqaladə Hallar Nazirliyi yanğının baş verməsi ilə bağlı məlumat aldıqlarını və təcili həmin əraziyə gələrək partlayışın baş verdiyi bölümün bağlandığını bildirib.
Qeyd edək ki, partlayış Çuvaşistanın Kazan şəhəri ətrafında yaşanıb. Hadisə zamanı ölən və yaralanan yoxdur.