İngiltərənin ən böyük havayolu şirkəti olan "British Airvays"in sistemində texniki problem baş verib. Bu problem dünyanın dörd bir yanındakı hava limanlarında böyük bir xaosa səbəb olub.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, Milad tətilindən bir neçə gün əvvəl yaranan texniki problem tanınmış aktrisa Elizabet Hurley də daxil olmaqla yüzlərlə insanı hava limanında çıxılmaz vəziyyətdə qoyub.
Qəzəbli sərnişinlər xəyallarının puç olmasını dilə gətirmək üçün yaşadıqların xaosun şəkillərini sosial mediada paylaşıblar.