Dünyanın gözü aylardır ki, Ukraynadan gələn xəbərlərdədir. Daha bir məlumat sosial şəbəkələrin gündəminə çevrilib.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, Ukraynada bir əsgərin ürəyinə yaxın bölgədə partlamamış “VOG” əl bombası aşkarlanıb.
Bombanın hər an partlama ehtimalı olduğu üçün Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli cərrahlarından olan Andrii Verba tərəfindən təcili əməliyyat həyata keçirilib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirinin köməkçisi Hanna Maliar əməliyyatın uğurlu keçdiyini və əsgərin müalicəsinin davam etdiyini söyləyib.
Mənbə: Hürriyyət qazeti