Bakı Dövlət Sirkinin yanında baş verən atışma hadisəsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.
"Sherg.az"a daxil olan məlumatda iddia olunur ki, atışmada vurulanlardan biri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Qətlin sifarişçisi kimi krimnal avtoritet Nicat Lənkəranlı olduğu söylənilir. O, "brilyant" ləqəbiylə tanınır. İddiaya görə, Türkiyədə yaşayır.
Qeyd edək ki, silahlı insident nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, QMİ sədri və yaxınları ilə əlaqə saxlamağa çalışsaq da,buna nail ola bilmədik. Bununla yanaşı, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.