Naxçıvanda avtomobil velosiped sürən uşaqları vurdu

Naxçıvanda avtomobil velosiped sürən uşaqları vurub.
APA xəbər verir ki, hadisə şəhərin inzibati ərazisinə daxil olan Qaraçuq kəndində baş verib. Belə ki, avtomobil velosiped sürən 2010-cu il təvəllüdlü Elay Qasımlı və 2013-cü il təvəllüdlü Aylin Novruzovanı vurub. Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən uşaqların vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.