Azərbaycanın daha bir rayonunda zəlzələ - YENİLƏNİB

Azərbaycanın daha bir rayonunda 4 maqnitudada zəlzələ olub.
"Report"un Qərb bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib. 
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar hiss olunmayıb.  
11:29
İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.
Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.