Qax sakini həmkəndlisini bıçaqladı

Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.
Oxu.Az xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.