Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən, 1986-cı il təvəllüdlü Elmir İsmayılovu minik avtomobili vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.