ABŞ-ın Kaliforniya ştatında patrul xidməti zamanı bir dovşanla rastlaşan polis əməkdaşı Karson B-Gravesin onu polis bölməsinə aparması və 'Persi' adı verilən dovşana 'K9' forması geyindirməsi sosial mediada gündəm olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə 22 aprel 2022-ci ildə ABŞ-ın Kaliforniya ştatının Yuba şəhərində baş verib.
Yuba Şəhər Polis İdarəsindən verilən açıqlamada bildirilib ki, dovşan heyvan nəzarət mərkəzinə aparılıb:
“Biz dovşanı tapıldığı küçəyə görə "Persi" adlandırmağa qərar verdik. Persi övladlığa götürüləndən bəri polis şöbəsində bizim "tibb işçimiz" kimi fəaliyyət göstərir. İnsanların çoxu onun varlığından zövq alsa da, bəziləri hələ də dovşanın polis şöbəsində olması fikrinə öyrəşməyə çalışırlar".
Mənbə: Hürriyət qazeti