Film kimi olay! – Öncə 12 yaşlı qızının sonra da özünün başına atəş... – Dəhşət!

Türkiyədə zəlzələdə həyat yoldaşını və 2 uşağını itirən ata 12 yaşlı qızını da öldürərək intihar edib.
"Sherg.az"ın məlumatına görə,  hadisə Adıyaman şəhərinin Besni ilçəsində (red.vilayət) yaşanıb.
Ferit Dayan zəlzələdən sağ çıxan 12 yaşlı  qızı Asya İrem Dayanı bağçada oyun oynadığı üçün evə çağırıb.
Ferit Dayan çağırdığı kiçik qızının başına silahla atəş açıb. Uşaq qan içində yerə yıxılarkən, Ferit Dayan daha sonra tapança ilə başına atəş açaraq intihar edib. 

Silah səsləri üzərinə hadisə yerinə sağlamlıq qrupları və polis sövq edilib. Hadisə yerinə gələn təcili yardım ağır yaralanan Asya İrem Dayana müdaxilə göstərib. Balaca uşaq ilk müdaxilənin ardından Besni Dövlət Xəstəxanasına, daha sonra Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Zəlzələdən sonra depressiyaya düşən və eyni zamanda psixososial dəstək alan Ferit Dayanın cənazəsi müayinələrdən sonra Besni Dövlət Xəstəxanası Morquna aparılıb.

Xəstəxanada müalicə alan Asya İrem Dayanın reanimasiya şöbəsinə aparıldığı və orada həyat mübarizəsi apardığı öyrənilib. Faktla bağlı araşdırmalar davam edir.

Mənbə: haberler.com