Biləsuvarda qadın döyülüb və bıçaq xəsarəti alıb

Biləsuvar rayonunda 20 yaşlı qadın döyülüb və bıçaq xəsarəti alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2003-cü il təvəllüdlü qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.

Ona lazımi tibbi yardım göstərilib. Qadının dediyinə görə, onu tanıdığı şəxs döyüb və bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.