İstilərdən bezdi, 5 nəfəri yaraladı

Halı dəyişən adam ətrafda uçuşan qağayıların səsinə əsəbiləşib

Türkiyənin Yalova şəhərində bir kişi istidən necə tıncıxıbsa qağayılara əsəbiləşib və onlara atəş açıb. Amma gülləsi qağayılara tərəf boşa getsə də, yaxınlıqdakı xəstəxananın yeməkxanasında nahar edən 5 nəfəri yaralayıb. 
“Sherg.az" “NTV.com.tr”-yə istinadən bildirir ki, Yalovanın Çiftlikköy bölgəsində, Sahil Məhəlləsində yaşayan U.G. sərinlənmək üçün evinin eyvanına çıxıb. İsti havadan halı dəyişən adam ətrafda uçuşan qağayıların səsinə əsəbiləşib. İçəri keçərək tüfəngi əlinə alıb və qağayılara atəş açıb. Qağayılar dağılışıb. Amma məlum oluyb ki, kişinin hara gəldi güllə boşaltması yaxınlıqdakı xəstəxananın yeməkxanasında nahar edən 5 nəfərə dəyib. İbrahim Akça, Ahmet Aydoğdu, Diyar İyisen, İbrahim Köse və Ferdi Kavraz yaralanıblar. Onlar güllələrin haradan atıldığını təxmin edə bilməyiblər. Adamların 5-i də kürəyindən, başından, üzlərindən güllə yarası alıb. 5 nəfərə xəstəxanada təcili yardım göstərilib. Şahidlərin ifadələrindən sonra atəşin yaxınlıqdakı binalardan birindən açıldığı məlum olub. Araşdırma zamanı atəş açanın U.G. isimli sakin olduğu müəyyənləşib. Polis tərəfindən nəzarət altına alınan adam barəsində istintaq işləri aparılır.