Gənc müğənniyə silahlı hücum 

Hadisə Avcılarda baş verib. Gənc ifaçı Erkan Doğanay səhnəni tərk etdikdə naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. 

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, gecə saatlarında İstanbulun Avcılar Ambarlı Məhəlləsi İskele Caddəsində avtomobildə əyləşib müğənnini güdən silahlı şəxslər onu görər-görməz atəş açmağa başlayıb. İfaçı qarın və sinəsindən güllə yarası alıb. İfaçı qan içində yerdə qalıb, atəş açanlarsa gəldikləri avtomobillə də məkandan uzaqlaşıblar. İfaçı ətrafdakıların yardımı ilə taksi vasitəsiylə xəstəxanaya aparılıb. Lakin doğmaları gəldikdən sonar ifaçı başqa xəstəxanaya təxliyə edilib. Erkan Doğanay sosial media hesabından paylaşıb edərək bunları yazıb: “20 yaşlı gəncə güllə yağdıracaq qədər alçaq və qorxaqsınız. Şərəfiniz yoxdur, sizə şərəfli olmağı öyrədəcəyik bundan sonra”. Polis şübhəli şəxslərin axtarışını davam etdirir. Müğənni Uygar və Gökhan Doğanayların əmisi oğludur.