İnsanlar arasında dolaşan İblis… 

İllər sonra sirr çözüldü 

  Zibilliyə atılmış pizza qutusu illərdir gizli qalan cinayətlərin çözülməsinə işıq salıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, pizza qutusundan götürülmüş  DNA nümunəsi istintaqçılara 59 yaşlı memarın evini nişan verib. Evə daxil olan istintaqçılar gördükləri mənzərə önündə dəhşətə gəliblər; mənzildə şüşə vitrin arxasında bir körpə vardı! Bundan başqa, pişik yemləri, çərçivəli rəsmlər, boş çemodanlar və polislər heyrətə salan daha nələr... Hamısı bir-birinə qarışmış vəziyyətdə idi. Polis 2010-cu ildə ölkəni dəhşətə gətirən silsilə qətllərə aydınlıq gətirə bilmişdi. Lakin qatil haqqında məlumatlar əskikdi. Kim idi bu adam, necə dolanırdı, yaşayışı necə idi? Polis bu suallara cavab tapmaq istəyirdi. Odur ki, qatilin yaşadığı mənzilə daxil olublar. Qarşılaşdıqları mənzərədən ürpəniblər. Silsilə qətllərin ünvanı ABŞ-nin Nyu-York ştatının Long İsland Adası idi. 1990-cı illərdə bütün ölkə burada baş verən qətl hadisələriylə sarsılmışdı. 1996-cı ildən 2011-ci ilədək – 15 il boyunca burada 18 nəfər vəhşicəsinə qətlə yetirilib. Lakin polis sonuncu cinayətin üzərindən 12 il keçdikdən sonra -  2023-cü ildə qatili yaxalaya bilib. Qatilin kimliyi isə ölkəni bir daha dəhşətə gətirib. Bu, 59 yaşlı ixtisasca memar olan Reks Heyrmanndır. 2 övlad atası olan Reks bir şirkətdə memar olaraq çalışıb. 59 yaşlı memar polisin əsas şübhəlilər siyahısında olub və onun hər addımı izlənilib. Nəhayət, bir pizza qutusu qatili “ələ verib”. Polis pizza qutusundan DNA nümunələri götürə bilib və nəticələr bu adamın 18 nəfərin qatil olduğunu təsdiq edib. Şübhəli şəxsin DNA sonucları qurbanlardan birinin bədənində aşkarlanıb. Başqa bir qurbanın vücudunda isə Heyrmannın saç teli olub. Reks Heyrmann ötən həftə Nyu-York şəhər mərkəzində çalışdığı ofisdən polis idarəsinə aparılıb. Suffolk Əmniyyət müdiri Rodni Harrison R. Heyrmann barəsində "Aramızda gəzən bir şeytan o... Ailələri darmadağın etmiş bir vəhşi” ifadələrini işlədib. İstintaqçılar başqa dəlillər tapmaq üçün onun evində axtarış aparmağa başlayıb. Və bu zaman şüşə vitrin arxasında qədimdənqalma  körpə gəlincik oyuncağı olduğunu görüblər. Canlı körpədən fərqlənməyən bu gəlinciyi o, niyə şüşə vitrin arxasında saxlayırdı və bununla nəyi isbat etmək istəyirdi? Yəqin ki, bu suala məhkəmə cavab tapacaq. Qatilin yaxalanmasına sevinənlər bu sirrin də çözülməsini səbirsizliklə gözləyir.