Binəqədidə qətl günü - Bacı bacısını öldürdü


Avqustun 2-si saat 13 radələrində paytaxtın Binəqədi rayonunun eyniadlı qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində ölüm faktı aşkarlanıb. 

Baş Prokurorluqdan " Sherg.az" a verilən məlumata görə ,  1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın ölməsi barədə Binəqədi  rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmarla 1967-ci il təvəllüdlü Azər Əfəndiyevin yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı Məlahət Əfəndiyevanı əli ilə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.