Bir avtomobildən 25 uşaq düşürüldü: Müəllimə uşaq alverində suçlanır


Təxminən 35 milyon əhalisi olan Özbəkistanda ortaya çıxan görüntü qısa zamanda həm beynəlxalq mətbuatda, həm də sosial mediada səs-küy yaradıb. “Sherg.az” xarici KİV-lərə istinadən xəbər verir ki,  bir müəllim və onun 25 şagirdi ilə bağlı maraqlı hadisənin təfərrüatlarını təqdim edir. Ölkənin Buxara şəhərində baş verən hadisədə polis şübhəli avtomobili saxlayıb. Dörd nəfərlik avtomobildən biri qadın müəllim olmaqla ümumilikdə 26 nəfər düşüb. Həmin anlar kameraya düşüb və müəllim cərimələnib.



Rəsmi mənbələr tərəfindən yayımlanan videonun davamında ön oturacaqda altı, arxa oturacaqda on altı və baqajda üç uşaq olduğu görünüb. Müəllim uşaqların şagirdləri olduğunu iddia edərək, onlarla tez-tez məktəbə birlikdə getdiklərini deyib. İbtidai sinif müəlliminin bu iddialarına baxmayaraq, prokurorluq qadın haqqında araşdırmaya başlayıb.

Sosial şəbəkələrdə isə bir çox insan müəllimin uşaq alveri ilə məşğul olduğunu iddia edib. Özbəkistan artıq insan alverinin intensiv olduğu ölkədir. Keçən ay 10-dan çox Özbəkistan vətəndaşının İŞİD-ə bağlı insan alverçisi vasitəsilə ABŞ-a gətirilməsi FTB-nin tədbir görməsinə səbəb olub. CNN-ə danışan ABŞ rəsmiləri məsələyə çox ciddi yanaşıldığını və hadisə ilə bağlı kəşfiyyat hesabatının Co Bayden administrasiyasının yüksək səviyyəli şəxslərinə təqdim edildiyini bildirib.

İddia edilib ki, FTB bu insan alverçisinin Türkiyədə saxlanıldığını müəyyən edib və bunla bağlı Türkiyə rəsmiləri ilə əlaqə saxlayıb və məlumat istəyib.

Turan