Artvinin Arhavi rayonunda eyvandan yıxılaraq yaralanan 16 yaşlı Eylül Öztürk xəstəxanada 14 gün sonra həyat mübarizəsini itirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da, şənbə günü rayonun Boğaziçi məhəlləsində baş verib. Məlumata görə, müvazinətini itirərək yaşayış binasının 3-cü mərtəbəsindən yıxılan Eylül Öztürk (16) Arhavi dövlət xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Rize Təhsil və Araşdırma xəstəxanasına yerləşdirilib.
14 gün reanimasiyada müalicə alan Öztürk həyat mübarizəsini itirib. Gənc qızın ölümü rayonda böyük üzüntü yaradıb. Bu gün qılınacaq cənazə namazından sonra Öztürk Günəşli kəndindəki ailə qəbiristanlığında torpağa tapşırılacaq.