Bir yaşlıkörpə yad cisim udması səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə “Sherg.az”a TƏBİB-dən bildirilib.
İlkin müayinələr baş tutub və onun udduğu 8 ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib.
Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb.
Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.