Tekirdağın Süleymanpaşa rayonunda motosiklet sərnişini çiynində uşaqla hərəkət edib.
Sherg.az xəbər verir ki, motosikletlə təhlükəli səyahət Ortacami Mahallesi Yunusbəy küçəsində lentə alınıb.
Motosikletdə uşağı çiynində daşıyan qadın yol hərəkəti qaydalarını pozaraq təhlükəli vəziyyət yaradıb.
Ətrafdakı vətəndaşlar vəziyyətə reaksiya verdi.
Səlahiyyətlilər sürücülərə xəbərdarlıq edib ki, baş verə biləcək qəzanın qarşısını almaq üçün yol hərəkəti qaydalarına riayət etsinlər və təhlükəsizliyi ön planda tutsunlar.