İstanbulda TİMSAH ƏMƏLİYYATI: Təhlükəli sürünəni satan şəxs yaxalanıb 

İstanbulda qeyri-qanuni yollarla Türkiyəyə timsah gətirilən və  onun ticarətində təqsirləndirilən şəxs tutulub. Araşdırmadan sonra şübhəli şəxs saxlanılıb, timsahlar isə mühafizəyə götürülüb.

Sherg.az "Ntv.com.tr"yə istinadən xəbər verir ki, İstanbul polisinə bir şəxsin evində timsah saxlaması və bu heyvanları internet üzərindən satması barədə məlumat daxil olub.



Araşdırmaya başlayan polis, qanunsuz heyvan ticarəti ilə məşğul olduğu iddia edilən şübhəlinin Ataşehirdəki bir evdə olduğunu müəyyən edib.

Polis şübhəlinin izinə düşüb və oktyabrın 10-da evdə əməliyyat keçirib. Axtarış zamanı şəxsi kupedə qeyri-qanuni yollarla ölkəyə gətirildiyi müəyyən edilən 3 ədəd Nil cinsi timsah balası aşkar edilib. 


Polis, nəsli kəsilməkdə olan və ev şəraitində bəslənməsi qadağan olunan timsahları ələ keçirərək, saxlanılan şübhəlinin barəsində cinayət işinə başlayıb. Şübhəli şəxsə  cərimə kəsilib.


 
Təhlükəli sürünənlər baytarlıq yoxlamasından sonra Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verilib.