İstanbulun Qaziosmanpaşa qəsəbəsindəki bir evə sifariş gətirən kuryer mənzildən çıxarkən girişdə ehtiyacını ödəyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, həmin anlar təhlükəsizlik kameralarına düşüb.
Mənzil sakinlərindən biri yemək sifariş edib. Sifarişi gətirən kuryer yeməyi çatdırdıqdan sonra mənzili tərk edib.
Kuryer getdikdən sonra mənzilin birinci mərtəbəsində yaşayan ailə pis iyinin gəldiyi yerə doğru gedib.
Burada o, mənzilin girişində sidik görüb. Mənzildə yaşayan qonşulardan birinin uşağının etdiyini düşünən mənzil sakini vəziyyəti qonşularına danışıb.
Təhlükəsizlik kamerasının görüntülərini izləyən mənzil sakinləri mənzilə sifariş çatdıran kuryerin girişdə sidiyə getdiyini görüblər.