Ankaranın Etimesqut rayonunda daşınma üçün istifadə edilən 70 metrlik yük lifti aşıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.
Məlumata görə, 25 mərtəbəli binanın 19-cu mərtəbəsinə yük daşıyan nəqliyyat şirkətinə məxsus 70 metrlik yük lifti mexaniki nasazlıq səbəbindən dağılıb.
Ətrafdakı vətəndaşların xəbəri ilə hadisə yerinə gələn polis qrupları tərəfindən hadisə ilə bağlı araşdırma başlayıb, hadisə zamanı avtomobil və ya piyada keçidi olmadığı üçün qəzada can itkisinin olmadığı bildirilib.
Aşma baş verən zaman ətrafdakı tikintidə işlədiklərini deyən hadisə şahidi Camal Öcal deyib: “Konteynerdə idik və birdən böyük səs-küy yarandı. Səs gələndə başımızı çevirdik, pəncərədən baxanda liftin üstü yerə doğru düşürdü. Çölə çıxanda yük maşınının aşdığını gördük. Şükürlər olsun ki, oradan nə maşın, nə də piyada keçib. Sonra dərhal yola düşdük və gələn maşınları saxladıq. Bu yolla ən azı bir qəzanın qarşısını almağa çalışdıq”.