Qatil ananı ələ verən detal: Marketə hamilə olaraq girdi

Keyseridə yeni doğulan körpəsini dəsmala büküb zibil qabına atdığı iddiası ilə həbs edilən Fatma Taş (35) haqqında ağırlaşdırılmış ömürlük həbs tələbi ilə cinayyət işi başlayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, iyulun 4-də saat 07.30 radələrində Melikqazi rayonunun Səlcuqlu məhləsində konteynerə zibil atmağa gedənlər dəsmala sarılı körpə ilə qarşılaşıblar. Körpənin öldüyü müəyyən edilib. Polis yeni doğulan körpənin anasını tapmaq üçün əməliyyata başlayıb.

550 saatlıq təhlükəsizlik kamerası görüntülərini araşdıran qruplar Fatma Taşın 15 gün əvvəl hamilə olaraqq marketə girdiyini, konteynerdə körpə tapıldıqdan 1 gün sonra isə həmin bazara getdiyini, ancaq qarnında heç bir şişlik olmadığını müəyyən ediblər. Bunun üzərinə Taş əməliyyat zamanı şübhəli şəxs kimi yaxalanıb. Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən Taş həbs edilib.

Kayseri Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanaraq iddianamə hazırlanıb. Kayseri 2-ci Ağır Cəza Məhkəməsinin qəbul etdiyi iddianamədə Fatma Taşa "qəsdən adam öldürmə" cinayətindən ağırlaşdırılmış ömürlük həbs istənilib. İddianamədəki ifadəsində Taş, "Uşağımın sağ doğulduğunu qətiliklə düşünmürəm. Səhər saat 09.00-dan axşam saat 20.00-a qədər ümidlə körpəmin nəfəs almasını gözlədim. Hətta almaq üçün duş da aldım. Uşağıma zərər vermək fikrim yox idi. İstəməsəydim, hamiləliyin əvvəlində abort etdirə bilərdim. Ağlımdan belə keçmədi. Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm.  ”, - deyə o bildirib.

Kayseri dövlət xəstəxanasının meyitxanasında saxlanılan körpənin cəsədini heç kim götürməyib, bələdiyyə qruplarına məlumat verilib. Morqa gələn qruplar körpənin cəsədini Kayseri xəstəxanasından meyitxanasından qəbul edib. Körpə Melikqazi rayonundakı kimsəsizlər qəbiristanlığında basdırılıb.