Aliment ödəmədiyi üçün 81 yaşında həbsxanaya göndərildi

Türkiyənin Bursa şəhərində yaşayan Züftü Şirin (81) keçmiş həyat yoldaşına aliment ödəmədiyi iddiası ilə həbs edilib. Prosedurlardan sonra həbsxanaya göndərilən Şirin göz yaşlarını saxlaya bilməyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İnelgöldə yaşayan Züftü Şirin ötən ay 20 il əvvəl boşandığı keçmiş həyat yoldaşına aliment ödəməyi unutduğu iddia edilib.


Bunun üzərinə Şirinin Avstraliyada yaşayan və 25 il evli olan keçmiş həyat yoldaşı şikayət edib.

Şirin şikayətdən sonra jandarma qrupları tərəfindən saxlanılıb. Prosedurlardan sonra Şirin həbs edilib.

Jandarmın müşayiəti ilə həbsxanaya aparılan Şirin göz yaşlarını saxlaya bilməyib.