Bakıda bu ərazidə hərəkətə məhdudiyyət qoyuldu

Paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi, 3-cü mikrorayon dairəsi istiqamətində yolda təmir işləri aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

"Təmir səbəbindən yolun bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş olunur", - məlumatda bildirilib.