Ötən gün Bakının Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin önündə öldürülən 24 yaşlı Tural Kosayevin qardaşı Muğal Kosayev öz tiktok hesabında ürəkdağlayan paylaşım edib.
"Sherg.az" paylaşımı təqdim edir:
"Allah sənə rəhmət eləsin, qardaşım. Yerin cənnət olsun. Sənin qanına and olsun ki, qanını yerdə qoymayacam. Sənin yanına gələcəm, gözəl qardaşım. Səni öldürən insanı öldürəcəm. Sənə söz verirəm, Allaha and olsun. Quran haqqı sənsiz nəfəs ala bilmirəm''.
Qeyd edək ki, 24 yaşlı Tural Kosayevi həmkəndlisi 21 yaşlı İsmayıl Allahverdiyev qıza görə qətlə yetirib. Tural Kosayevin həyatı heç də asan olmayıb. Atası Kamil içkiyə meyilli olduğu üçün ailədə vaxtaşırı söz-söhbət olub. Nəhayət, anası ayrılmaq qərarı verib. Uzun müddətdən sonra ailə yenidən bir araya gəlib, ata-ana barışıb. Maddi baxımdan imkansız olan ailə bir müddət öncə xeyirxah insanların dəstəyi ilə Bakıda varlı bir şəxsin bağ evində məskunlaşıblar – həm bağa nəzarət edir, həm də ata ilə birgə, Tural və digər qardaşı tikintidə fəhlə kimi çalışırlarmış. Tural və qardaşının sakit, zəhmətkeş və ailəcanlı olduğu bildirilir. Məhz iki qardaşın sayəsində ailə yenidən toparlanıb, həyatları yenicə axarına düşübmüş. İddialara görə, Kosayevlər ailəsində sağlıqla bağlı da problemlər var: Turalın anası qardaşının səhhət probleminə görə böyrəyini birini ona verib, əməliyyatda donorluq edib. Turalın qardaşı da qismən fiziki məhdudiyyətlidir, yerişində çətinlik var. Turalın vicdanlı, dürüst, ətrafına qarşı diqqətli olduğu haqda xeyli hadisələr danışılır. Tural öz kəndlərində imiş, qətlə yetirilən gün səhər Bakıya qayıdıb. Turalın ölümünə səbəb olan qızın da eyni kənddən olduğu vurğulanır. Hazırda Bakıda yaşayır.