Gömrük əməkdaşları qəzaya düşdü: ölən var

Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

Sherg.az Report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Şaqman" markalı yük maşını ilə "Mersedes" markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Pəri Vəliyeva, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Vahid Seymur oğlu Əmirlinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Şabran rayonu ərazisində baş verən avtomobil qəzasında yaralananlardan ikisi Bakıya göndərilib.

Bu barədə məlumat Şabran rayon Mərkəzi Xəstəxanasından verilib.

Bildirilib ki, iki nəfər - Pəri Vəliyeva və Seyidağa Səmədov Bakıya, Mərkəzi Gömrük Hospitalına göndərilib.

"Mersedes-Benz" markalı avtomobilin sürücüsü vəziyyətinə uyğun olaraq həkim nəzarətində saxlanılır. Onun Bakıya təxliyəsi ilə bağlı məsələyə baxıla bilər".