Tramp Hörmüzdə əməliyyatın yenidən başlanmasını istisna etməyib

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarda irəliləyiş əldə olunmazsa, Hörmüz boğazında gəmilərin müşayiəti üzrə “Azadlıq Layihəsi” missiyasının yenidən bərpa edilə biləcəyini istisna etməyib.

Sherg.az xəbər verir ki, Tramp jurnalistlərə - “Əgər (danışıqlar zamanı — red.) heç nə baş verməsə, biz "Azadlıq Layihəsinə" qayıda bilərik, amma bu artıq "Azadlıq Layihəsi Plus"olacaq”, - deyə bildirib.

Daha əvvəl Tramp Tehranla nüvə sazişi üzrə ciddi irəliləyiş olduğunu bildirmiş, Dövlət katibi Marko Rubio isə "Epik Qəzəb” adlı ABŞ əməliyyatının başa çatdığını elan etmişdi. Eyni zamanda Vaşinqton Hörmüz boğazında gəmilərin müşayiəti üzrə “Azadlıq Layihəsi” missiyasını dayandırmışdı ki, İranla yekun razılaşmanın imzalanma şanslarını qiymətləndirsin.