Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda 62 yaşlı kişini maşın vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonu Şüvalan qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Əhməd Arif oğlu Muradovu VAZ2106 markalı avtomobil vuraraq öldürüb. Piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.