Paşinyan Qriqoryanı Britaniyaya göndərir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

İşgüzar səfərlə bağlı müvafiq sərəncamı Baş nazir Nikol Paşinyan imzalayıb.

Səfər iyulun 17-19-da baş tutacaq. Nümayəndə heyətinə Qriqoryanın köməkçiləri Tatevik Petrosyan və Sevak Kaqramanyan da daxildir.