Dəmiryol nəqliyyatında hərəkətin təşkili ilə bağlı siyahı təsdiq edilib

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı təsdiq edilib.

Sherg.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, onların siyahısı aşağıdakı kimidir:

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı:
Dəmiryol nəqliyyatının hərəkətini təşkil edən şəxslər:
təpə növbətçisi;
stansiya növbətçisi;
mərkəzləşdirmə postunun növbətçisi;
mikroprosessor mərkəz növbətçisi;
manevr dispetçeri;
stansiya dispetçeri.

Dəmiryol nəqliyyatının hərəkətini əlaqələndirən şəxslər:
stansiya növbətçi operatoru;
işarəverici (işarəverən).

Dəmiryol nəqliyyatı vasitələrinin idarə edilməsini təmin
edən şəxslər:
elektrik qatar maşinisti;
elektrik qatar maşinistinin köməkçisi;
elektrovoz maşinisti;
elektrovoz maşinistinin köməkçisi;
teplovoz maşinisti;
teplovoz maşinistinin köməkçisi;
dizel qatar maşinisti;
dizel qatar maşinistinin köməkçisi;
drezin maşinisti;
drezin maşinistinin köməkçisi;
dəmiryol tikinti maşınının maşinisti;
dəmiryol tikinti maşınının maşinistinin köməkçisi;
maşinist-təlimatçı.

Qərara əsasən, eyni zamanda onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydası da təsdiq edilib.