Ağsuda avtomobil yoldan çıxaraq aşıb, sürücü ölüb - YENİLƏNİB

ƏDünən gecə Ağsu baş vermiş avtomobil qəzası ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib.

***
Ağsuda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Muradlı kənd istiqamətində baş verib.

Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü 1982-ci il təvəllüdlü İmanov Zamiq Elikram oğlu aldığı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.