İstanbulda keçirilən AK Partiyanın “Özümüzdən Gələcəyə Türkiyə Görüşləri” Proqramında çıxış edən prezident Ərdoğan “Kadrlarımızı yeni adlarla gücləndirəcəyik” - deyə bildirib.
Sherg.az xəbər verir ki, çıxışında İsrail hökumətinə də münasibət bildirən Ərdoğan bunları vurğulayıb:
"Nə etsələr də Qəzza xalqının müqavimətini qıra bilmədilər. Həmas və Hizbullah sadəcə bəhanədir. İsrail işğal və işğal siyasətini qanuniləşdirmək üçün hər gün bəhanələr uydurur".