Kadırovun oğlu  təhlükəsizlik xidmətinin ən gənc rəhbəri kimi Rekordlar Kitabına düşüb

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Kadırov Rusiya Federasiyasının subyektinin rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri kimi Rusiyanın Rekordlar Kitabına daxil edilib. 
Sherg.az rus mediasına istinadən xəbər verir ki, bu barədə “Kitab”ın baş redaktoru Stanislav Konenko məlumat verib. Adam Kadırov bu vəzifəyə 2023-cü il noyabrın 5-də 15 yaşında təyin edilib.

Konenko həmçinin Adam Kadırova Rekordlar Kitabını populyarlaşdırdığına görə medal təqdim edib. “Ən xoş hissdir. Biz bununla kifayətlənmək fikrində deyilik. Qarşıda daha çox şey var”, - deyə Adam Kadırov agentliklə söhbətində bildirib.

2023-cü il noyabrın 5-də məlum olub ki, 15 yaşlı Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Bu vəzifəni 2004-cü ildə atasının ölümünə qədər Ramzan Kadırov özü tutub. Təyin olunmazdan əvvəl, 2023-cü ilin oktyabr ayından etibarən Adam Kadırov ona yaxın mükafat alıb.