Dağ keçisi ovu üçün 694 min  pul cəzası

Ərzincanın Üzümlü rayonunda nəsli kəsilməkdə olan heyvan növlərinin qırmızı siyahısında olan və ovlanması qadağan edilən dağ keçisi ovlayan 3 nəfər jandarma qrupları tərəfindən yaxalanıb.

Sherg.az xəbər verir ki, axtarış zamanı dərisi soyulmuş və torbalanmış dağ keçisi və hadisədə istifadə edildiyi ehtimal edilən ov tüfəngi ələ keçirilib.


Təbiəti Mühafizə Milli Parkları (DKMP) Şöbə Müdirliyi məmurları tərəfindən brakonyerlik etdikləri səbəbiylə 3 nəfərə 650 min lirə və 44 min lirə inzibati pul cəzası kəsilib.

Şübhəlilərdən 1 ədəd tüfəng və çöl keçisi əti götürülüb, barələrində məhkəmə prosesi başlandıqdan sonra sərbəst buraxılıb.