Elektrik cəryanı başını bədənindən ayırdı! Camaat dama qaçdı

Gənc qızı dostları ilə rəqs edib selfi çəkdirərkən yüksək voltlu elektrik cərəyanı vurub. O, ağlasığmaz qəza nəticəsində dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, 15 yaşlı Débora Rebeca Xi Artola üç rəfiqəsi ilə Qvatemalanın La Tinta şəhərindəki evin damına çıxıb və dostları ilə şəkil çəkdirib.

Yerli mətbuatın yazdığına görə, Artola ikimərtəbəli binanın damında dostları ilə rəqs edib əylənərkən yanından keçən yüksək gərginlikli elektrik kabeli onu vurub və min voltluq şok onu anında öldürüb. .

Artolanın elektrik cərəyanı vurduğunu və bədəninin tüstü içində olduğunu görən ətrafdakı insanlar dəhşət içində olan gənc qıza kömək etmək üçün binaya doğru qaçmağa başlayıblar. Ancaq təəssüf ki, yazıq gənc qızın başı bədənindən ayrılmışdı.

Artolanın ürəyi yanmış anası Andrea Xi qızının xatirəsinə Facebook-da silsilə paylaşımlar edib. Kədərli ana "Səni sonsuza qədər sevirəm. Şahzadəm" yazıb. "Mənim ilk və ən böyük sevgim" deyə o, başqa birində əlavə edib.
Səlahiyyətlilər dəhşətli faciə ilə bağlı araşdırmalara başlayıb.